Binəqədidəki bu yolda 5 metr düz asfalt yoxdur - ŞİKAYƏT - VİDEO

Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan-12 yaşayış massivində sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayət edirlər.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, məhəllədaxili yollar illərdir təmir olunmur. Yağışlı havalarda vəziyyət daha da ağırlaşır, yollarda palçıq və iri gölməçələr əmələ gəldiyindən sakinlərin gediş-gəlişi xeyli çətinləşir.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Onlar yolların qısa müddətdə təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.
Binəqədi Rayon İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ünvanda asfalt örtüyünün çəkilməsi ilə bağlı bildiririk ki, rayon ərazisində yenidən qurulmaya ehtiyacı olan qəsəbədaxili yolların mərhələli qaydada təmiri ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən siyahı tərtib edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilmişdir.
Agentlik tərəfindən tərtib olunan plana əsasən qəsəbədaxili yolların asfalt örtüyü ilə təmin olunması prosesi növbəlilik əsasında həyata keçiriləcəkdir.
Eltac
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












