"Bir-birinə sığınsalar da, soyuqdan donub ölmüşdülər" - VİDEO

"Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyevanın aparıcılıq etdiyi “Nəsillərin Divanı” verilişinin ilk buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, RTV-də yayımlanan ilk buraxılışın qonaqları Milli Qəhrəman, general Fəxrəddin Cəbrayılov və Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev olub.
Veriliş zamanı çıxış edən general Fəxrəddin Cəbrayılov Birinci Qarabağ Müharibəsi zamanı Horadiz və Beyləqanın müdafiəsindən, Rusiyanın ermənilərə dəstək verməklə Gəncəni ələ keçirmək planının necə iflasa uğradığından, eləcə də ağır Kəlbəcər əməliyyatından danışıb. O bildirib ki, Kəlbəcərdə itkin düşən hərbçilərin tapılması üçün 10 nəfərlik qrup yaradılıb:
"Qışın sərt soyuğunda və qarla örtülü ərazilərdə axtarış aparmaq olduqca çətin idi. Axtarış qrupları iki nəfəri tapsa da, digər hərbçiləri aşkar edə bilməmişdi. Çətin hava şəraiti və ərazinin çətin relyefi səbəbindən axtarışların dayandırılması təklif edilsə də, o, tapşırığın davam etdirilməsini tələb etdim".
F.Cəbrayılov qeyd edib ki, axtarışlar üçüncü gün də davam edib və nəticədə yol kənarında, hərəkət etmək imkanını itirmiş, soyuq və aclığın əldən saldığı yaralı hərbçilər tapılaraq xilas edilib:
"Döyüşlərdən sonra şaxtalı hava şəraitində həlak olan hərbçilərin cəsədlərinin tapılması zamanı gördüyüm ağır mənzərələr çox olub. Bəzi əsgərlər bir-birinə sığınaraq isinməyə çalışsalar da, soyuqdan həyatlarını itirmişdilər".
"Ümumilikdə 122 nəfərin nəşini topladıq. Onlardan 21 nəfərin kimliyinin müəyyənləşdirilməsi və dəfn məsələləri ayrıca diqqət tələb edirdi. Digər hərbçilərin şəxsiyyətləri geyimləri və üzərlərindəki əşyalar vasitəsilə müəyyənləşdirilərək yaxınlarına təhvil verildi".
Daha ətraflı videoda:
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA












