Bir ilin acısı ilə onları ziyarət etdilər... - FOTO

AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət olunub.
Avtosfer.az “Trend” ə istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda qəzada həyatlarını itirən Milli Qəhrəmanlar - Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-i Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar - İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.










İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












