Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub - FOTO - YENİLƏNİB

İranda yerləşən Əlcəzair və Niderland səfirliyinin nümayəndələri təxliyə olunublar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Niderlandın dörd (səfir də daxil olmaqla), Əlcəzairin isə doqquz səfirlik əməkdaşı sərhədi keçərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
***15:06
İrandan saat 12:00-14:00 aralığında daha 14 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Onların 5-i Azərbaycan, 5-i Çin, 2-si ABŞ, 1-i Rusiya, 1-i isə Finlandiya vətəndaşıdır.
***13:03
Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün bir qrup Çin vətəndaşı olunaraq Azərbaycan ərazisinə daxil olub.
Qeyd edək ki, bu gün saat 09:00-dan 12:00-dək ümumilikdə 12 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Onların səkkizi Çin, biri Kanada, səkkizi isə Azərbaycan vətəndaşıdır.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
***11:00
Fevralın 28-i saat 08:00-dan martın 10-u saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2097 nəfər təxliyə edilib.
Avtosfer.az xəbər verir ki, təxliyə olunanların 365-si Azərbaycan vətəndaşıdır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX



















