Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb. Qarın hündürlüyü Şahdağda 1 sm-dir. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60 %-ni təşkil edir. Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44 %-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29 %-i), Göygöldə 33 (aylıq normanın 27 %-i), Xaltanda 33 (aylıq normanın 36 %-i), Balakəndə 31 (aylıq normanın 24 %-i), Xınalıqda 25 (aylıq normanın 53 %-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26 %-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır. İyunun 6-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb. Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












