Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF

Gündəm 21 Sentyabr 2026 10:18
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
WhatsApp kanalımıza abunə olun

Bakının Rəşid Behbudov küçəsində velosiped zolağının təşkil edilməsi ilə bağlı yeni təklif irəli sürülüb.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev küçədə aparılan dəyişikliklərə diqqət çəkərək, hərəkət zolaqlarının yenidən təşkili hesabına velosiped zolağının yaradılmasının mümkün olduğunu bildirib.

Ekspertin sözlərinə görə, ərazidə əvvəlki zolaqların izləri hələ də görünür. Mövcud yol profilində üç hərəkət zolağı və bir avtobus zolağının saxlanılması ilə yanaşı, velosiped zolağının da təşkili mümkündür.

Rəşid Behbudov küçəsinin digər hissəsində də oxşar yol profilindən istifadə olunur. Hazırda Formula 1 yarışları ilə əlaqədar həmin hissədə hərəkət məhdudlaşdırılsa da, küçənin yol quruluşunun velosiped zolağının yaradılması üçün uyğun olduğunu bildirib.

Anar Əliyev vurğulayıb ki, velosiped zolağının yalnız sahil parkında mövcud olması şəhərin digər küçələrində belə infrastrukturun yaradılmasına ehtiyacı aradan qaldırmır. Velosipedçilərin fasiləsiz və təhlükəsiz hərəkəti üçün əsas küçələrdə də uyğun zolaqlar təşkil edilməlidir.

“Burada da rahatlıqla velosiped zolağı təşkil etmək olar. Küçənin profili dəyişməyəcək. Necə ki, orada üç hərəkət zolağı, avtobus zolağı və velosiped zolağı var, burada da eyni formada təşkil etmək mümkündür”, – deyə ekspert bildirib.

O, həmçinin mövcud zolaqlardan birinin kifayət qədər narahat olduğunu və onun ləğv edilərək səkiyə birləşdirilməsinin daha məqsədəuyğun ola biləcəyini qeyd edib. Yolda əvvəlki nişanlanmanın silinmiş izləri nəzərə alınmaqla velosiped zolağının yaradılması mümkündür və bunun üçün küçənin ümumi profilinin dəyişdirilməsinə ehtiyac yoxdur.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227159.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 340
ŞƏRH YAZ
Ad

E-mail

Şərh