Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA

Azərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır.
Avtosfer.az xəbər verir ki, bu barədə Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
"Müştərilər mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.
Əlavə ödəniş kartına ehtiyac yarandıqda müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək. Kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, əməliyyatların bankda mövcud məlumatlarla uyğun olduğu və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda nəzərdə tutulan sayın artırılması mümkündür", - ABA-dan bildirilib.
Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.
Yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
Bu yanaşma yalnız konkret banka şamil edilir və müştərinin digər banklardan ödəniş kartı əldə etməsinə məhdudiyyət yaratmır. Eyni zamanda, bank tərəfindən bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edilirsə, müştəri həmin məhsulların hər biri üzrə ayrıca kart əldə edə bilər. Məsələn, eyni bankda "Azal Miles" və digər debet və ya kredit kartı məhsullarından istifadə etmək mümkündür.
Yanaşma həm manat, həm də xarici valyutada təqdim olunan ödəniş kartlarına şamil edilir. Belə ki, müştəri eyni bankdan həm milli valyutada, həm də ABŞ dolları, avro və digər xarici valyutalarda müxtəlif kart məhsulları əldə edə bilər.
Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı ildən tətbiq edilir. Banklar və digər ödəniş xidməti təchizatçıları yanaşmanı texniki imkanları və daxili prosedurlarına uyğun olaraq mərhələli şəkildə tətbiq edirlər.
Yeni yanaşmanın rəqəmsal ödəniş ekosistemində sui-istifadə hallarının və maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına, habelə ödəniş xidmətlərinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilir.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












