Birincilər polisin qonağı oldu - FOTO

Xaçmaz Rayon Polis Şöbəsində övladları birinci sinifə gedəcək polis əməkdaşlarının övladları ilə görüş keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, görüşün əvvəlində şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar. Fidanları inzibati binanın önündə qarşılayan polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov onlara valideynlərinin apardığı şərəfli və qürurlu polis peşəsindən danışaraq, balacaları maraqlandıran sualları cavablandırıb.
Konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olduqdan sonra balaca fidanlarla söhbət onlar üçün hazırlanmış çay süfrəsi arxasında davam edib.
Tədbirin sonunda yeni dərs ilinin başlanması münasibəti ilə birincilərə RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub, onlara dərslərində uğurlar arzulanıb.
Birincilərlə görüş inzibati binada xatirə şəkilləri çəkdirdikdən sonra yekunlaşıb.
Emin
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI















