Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY

İnternet trafikində botların payının azalması ölkədə rəqəmsal təhlükəsizlik və internet mühitində baş verən dəyişikliklər baxımından diqqət çəkən məqamlardandır. Saxta hesablar və avtomatlaşdırılmış botlar sosial şəbəkələrdə istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsi, dələduzluq və dezinformasiyanın yayılması kimi risklər yaradır.
Avtosfer.az xəbər verir ki, botların internet trafikindəki payının azalmasının hansı amillərlə bağlı olduğu, bu göstəricinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqəsi və saxta hesabların yaratdığı təhlükələr müzakirə mövzusudur.
Mövzu ilə bağlı İT (informasiya texnologiyalari) mütəxəssisi Fərid Kazimov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, qlobal problemdir və birbaşa kibertəhlükəsizliklə əlaqələndirilməməlidir:
''Hazırda internet reklam bazarı televiziya və digər ənənəvi reklam vasitələrini geridə qoyaraq böyük iqtisadi sahəyə çevrilib. İnternetdə aktivliyin artması, bloqerlərin reklam paylaşımları vasitəsilə yüksək gəlir əldə etməsi izləyici sayının əhəmiyyətini də artırıb. Belə ki, bloqerlərin izləyici sayı nə qədər çox olarsa, şirkətlərdən tələb etdikləri reklam ödənişləri də bir o qədər yüksək olur.
Bu baxımdan sosial şəbəkələrdə 100 min, 200 min, hətta 300 min izləyicisi olan hesablarla rastlaşırıq. Lakin həmin izləyicilərin hamısının real insanlar olub-olmaması sual doğurur. Çünki bu hesabların müəyyən hissəsi süni şəkildə yaradılmış botlardan ibarət ola bilər. Belə saxta hesablar vasitəsilə bloqerlərin izləyici sayı artırılır və nəticədə reklam bazarında daha çox gəlir əldə etmək imkanı yaranır. Hətta bəzi reklam və SMM agentlikləri müəyyən ödəniş qarşılığında bloqerlərin izləyici sayını süni şəkildə artırmağı təklif edirlər. Bu da artıq ayrıca biznes sahəsinə çevrilib. Sosial şəbəkələr isə saxta hesablarla mübarizə aparır və müəyyən dövrlərdə bu hesabları aşkarlayaraq bağlayırlar. Buna görə də internet trafikində botların payının azalmasını qlobal miqyasda aparılan mübarizənin nəticəsi kimi qiymətləndirmək olar. Azərbaycanda da bu proses müşahidə olunur. Bununla yanaşı, saxta hesabların kiberdələduzluq məqsədilə yaradılması halları da mövcuddur. Lakin botların əsas hissəsini birbaşa kiberdələduzluq fəaliyyəti ilə əlaqələndirmək düzgün olmaz. Çünki onların böyük bir qismi izləyici sayını süni şəkildə artırmaq və reklam gəlirlərindən daha çox qazanc əldə etmək məqsədi daşıyır''.
Mütəxəssis qeyd edub ki, Azərbaycanda son dövrlər kiberdələduzluğa qarşı mübarizə və nəzarət tədbirləri də gücləndirilib:
''Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara xəbərdarlıqlar edilir, müxtəlif elan və kommersiya saytlarında kiberdələduzluq hallarından qorunmaq üçün maarifləndirici məlumatlar paylaşılır. Bununla belə, hesab edirəm ki, ölkədə kibergigiyena və rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirmə işləri daha da gücləndirilməlidir. Burada əsas problemlərdən biri insanların rəqəmsal savadlılıq səviyyəsinin fərqli olmasıdır. Bəzi insanlar kompüterdən, daha sonra noutbukdan istifadə etməklə texnologiyaya mərhələli şəkildə uyğunlaşıblar. Lakin əhalinin müəyyən hissəsi internetdən ilk dəfə məhz mobil telefon vasitəsilə istifadə etməyə başlayıb. Xüsusilə ofis və kompüter mühitində işləməyən, gündəlik fəaliyyətində əsasən telefondan yararlanan insanların kibergigiyena bilikləri kifayət qədər olmaya bilər. Kiberdələduzlar da məhz bu bilik və təcrübə çatışmazlığından istifadə edərək insanların şəxsi məlumatlarını və pullarını ələ keçirməyə çalışırlar. Bu səbəbdən vətəndaşların rəqəmsal savadlılığının artırılması və kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır''.
Fatimə
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA












