“BMW” ilə adam öldürən dünya çempionu kassasiya şikayəti verib

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Urxan Orucovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İnqilab Nəsirovun icraatında olan iş üzrə baxış iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Orucov cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməklə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
U.Orucov Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Avtomobillə vurulan Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarov aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











