"BMW”dən qanunsuz pirotexniki vasitələr aşkarlandı - FOTO

Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "BMW 520" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticədə nəqliyyat vasitəsinin yük yerində və arxa oturacağın söykənəcəyinin arxasında ümumilikdə, 72 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq

Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










