"BMW"dən qanunsuz siqaretlər və mobil telefonlar aşkarlanıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından və sürət qutusunun üst hissəsindən 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A 30", 1 ədəd "Redmi Note 7" və 2 ədəd "Samsung Galaxy J2 Core" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB və yükləyici aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











