BNA-dan saxta maliyyə əməliyyatları ilə bağlı ittihama CAVAB

"Bu günlərdə Kamil Piriyev istifadəçi adı ilə sosial şəbəkədə qeydiyyatdan keçən vətəndaş Bakı Nəqliyyat Agentliyinin ünvanına saxta maliyyə əməliyyatlarında ittiham xarakterli yazılar paylaşıb. Heç bir hüquqi əsası olmayan və cəfəng fikirlər müxtəlif şəxslər tərəfindən də internet səhifələrində paylaşılmaqdadır. Təəssüflər olsun ki, bəzi KİV-lər də məsələnin mahiyyətinə varmadan yanlışlığa qapanaraq bu absurd fikirləri əsas tutmaqla Bakı Nəqliyyat Agentliyinə qarşı yürüdülən çirkin kampaniyada yer alırlar."
Avtosfer.az xəbər verir ki, bunu BNA-nın rəsmisi Mais Ağayev deyib. Onun sözlərinə görə, dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması xidmətini təşkil edir və təxliyənin həyata keçirilməsinə nəzarət edir.
"Bu məqsədlə əlaqədar Bakı Nəqliyyat Agentliyi 2016-cı ildə təsis edilmiş “Evakuator.az” MMC ilə bağlamış müqavilə əsasında Agentliyin səlahiyyətli şəxsləri tərəfindən aşkarlanan yolun hərəkət hissəsində dayanma-durma qayadasını pozaraq tıxac yaradan nəqliyyat vasitələri onların bilavasitə iştirakı ilə “Evakuator.az” MMC-yə məxsus təxliyə avtomobilləri ilə ərazidən mühafizə olunan duracağa daşınır.
Həmçinin xüsusilə qeyd edim ki, təxliyə xidməti üçün Tarif Şurasının müvafiq qərarı ilə müəyyən edilən 20 azn xidmət haqqı sürücülər tərəfindən bilavasitə nağdsız qaydada “Evakuator.az” MMC-nin bank hesabına köçürülür. “Evakuator.az” MMC müstəqil təsərrüfat fəaliyyətli müəssisə olduğundan onun bank hesablaşmalarına və digər bu tip əməliyyatlarına nəzarətin təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xaricindədir.
Daim Bakı Nəqliyyat Agentliyinə qarşı qərəzli və qeyri-obyektiv mövqedən çıxış edən bır sıra informasiya saytlarının heç bir araşdırma aparmadan, mətbuat xidmətinin mövqeyini öyrənmədən bu cür məlumatları yayması insanlar arasında çaşqınlıq yaratmağa xidmət edir. Məqsəd Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyat sistemində həyata keçirdiyi uğurlu islahatların üzərinə kölgə salmaq, məqsədli maneələr və vətəndaşlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmaqdır."
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












