BNA əhaliyə müraciət etdi - Sıxlıq ola bilər - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".
Qeyd edək ki, ilk dərs günü paytaxt ərazisində sərnişin və nəqliyyat sıxlığının idarəolunması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tədbirləri gücləndirib. Fəaliyyət planına uyğun olaraq sıxlıq müşahidə edilməsi proqnozlaşdırılan məktəbətrafı ərazilər əvvəlcədən müəyyən edilib, nəzarətə götürülüb. Həmin məktəblərin ətrafında yerləşən yol kəsişmələrində svetofor fazalarına müvafiq dəyişikliklər edilib, dayanma-durma qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə əməkdaşlar cəlb edilib.
Sıxlıq müşahidə edilən ərazilərdən keçən marşrut xətt avtobuslarının fəaliyyətinin təşkili istiqamətində də bir sıra tədbirlər icra edilib. Daşıyıcılar, xətt dəstə rəisləri və dispetçerlər ərazi üzrə təhkim edilib. Verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə Agentliyin mobil qrupları tərəfindən ərazidə montorinqlər keçirilir: "Bildiririk ki, səhər saatlarında paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq halları müşahidə edilib. Lakin həyata keçirilən tədbirlər (mümkün olan yerlərdə yaşıl dalğa tətbiq etməklə) sayəsində hərəkətin normal təşkili təmin olunub.
KİV, o cümlədən, Avto FM 107.7 vasitəsi ilə əhalinin yollarda müşahidə edilən sıxlıq barədə vaxtında məlumatlandırılması təmin edilib.
Bir daha hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".
Elmin
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA











