BNA işıqforların idarəetmə məntəqəsini yaradacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) işıqforların idarəetmə məntəqəsinin təşkili üçün 47 152,8 manatlıq müqavilə imzalayıb. Avtosfer.az xəbər verir ki, müqavilə “İnşaat Təmir Tikinti və İstehsal Müəssisəsi” MMC ilə imzalanıb. Pilot layihə çərçivəsində svetoforlar üçün idarətemə məntəqəsinin təşkili həyata keçiriləcək.
Xatırladaq ki, dünən BNA tərəfindən yayılan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar müvəqqəti işləmirdi. Yalnız "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Report”a açıqlamasında qeyd edib ki, həmin ərazidə nə yaşayış obyektlərində, nə müəssisələrdə, nə də ki digər yerlərdə işığın verilməsində problemlər yaşanıb. Qurum 24 saat ərzində əhalini fasiləsiz işıqla təmin edir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











