BNA "Nəqliyyat könüllüləri" üçün təqdimat keçirdi - FOTO

Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” könüllülük proqramının könüllüləri üçün təqdimat keçirilib.
Könüllülər Agentliyinin fəaliyyəti ilə daha yaxından tanış olaraq indiyədək keçirilən və gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat alıblar. Həmçinin, yol təhlükəsizliyi, ictimai nəqliyyatda davranış qaydaları istiqamətində həyata keçirilən sosial maarifləndirmə layihələri çərçivəsində hazırlanan videoçarxlar və posterlərlə tanış olublar. Paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verilib.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq və aksiyalarda iştirak edəcəklər. 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, könüllülərin cəlb edilməsi davamlı olaraq həyata keçiriləcəkdir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA




















