BNA-nın “Yol həyatdır” proqramı çərçivəsində təcrübə səfəri təşkil edilib - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” programının könüllülərinin iştirakı ilə “Bakubus” MMC və STM MMC-yə təcrübə səfəri təşkil edilib.
Könüllülərə “Bakubus” MMC-nin yaranma tarixi, şəhər nəqliyyatının modernləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, əldə olunan uğurlar, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ətraf mühitin qorunması “BakuBus”MMC-nin əsas fəaliyyət prinsiplərindəndir. İstehsalat bazasında avtobusların yuyulmasında istifadə edilən suyun emaldan sonra təkrar istfadə edilməsi də məhz bu prinsipə xidmət edir.
Könüllülər Sürücü Təlim Mərkəzinin ərazisini də gəzib, burada yaradılan şəraitlə tanış olub. Sürücü Təlim Mərkəzi və avtobus sürücüləri üçün təşkil edilən təlimlər, simulyatorların iş prinsipi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına imkan verir. Mərkəzdə keçirilən məşğələlər əsasən, “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” və.s mövzuları əhatə edir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artırır, təcrübə səfərlərində iştirak edir və müxtəlif sosial aksiyalara cəlb olunurlar. Qeyd edək ki, 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA

















