BNA sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) “XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın səmərəli təşkili məqsədi ilə nəqliyyat tədbirlərinin icrası ilə bağlı sürücülərə müraciət edib.
BNA-dan Avtosfer.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.
Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını, xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır. "Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik", - deyə müraciətdə bildirilir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











