"Boeing 737 MAX" 2020-ci ilə qədər uçuşlar keçirə bilməyəcək

"Boeing 737 MAX" təyyarələri 2020-ci ilə qədər sərnişinlərin hava daşınmalarını həyata keçirə bilməyəcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən "Wall Street Journal" nəşri bildirib. Qeyd edilir ki, "Boeing 737 MAX" təyyarələrinin uçuşlarını yaxın vaxtlarda ona görə yeniləmək mümkün olmayacaq ki, şirkət bu müddətdə nasazlıqları aradan qaldırmağa müvəffəq olmayacaq. ABŞ-ın Mülki Aviasiya Federal İdarəsində qeyd ediblər ki, təyyarələr gələn ilin yanvarında istismara qayıdacaq. Xatırladaq, bir sıra ölkələrdə baş verən qəzalardan sonra Birləşmiş Ştatlarda "Boeing 737 MAX" təyyarələrinin uçuşları dayandırılıb. Bir qədər əvvəl ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi "Boeing 737 MAX"da yeni "potensial risk" aşkarlayıb. Şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











