"Boeing" "737 MAX" təyyarələrinin istehsalını dayandıra bilər

Amerikanın "Boeing" şirkəti aviatənzimləyici cari ilin sonunadək "Boeing 737 MAX" təyyarələrinin istismarının bərpa olunmasını təsdiq etməyəcəyi təqdirdə, bu tip təyyarələrin istehsalını dayandıra bilər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şirkət rəhbəri Dennis Melenberqə istinadən "The Wall Street Journal" nəşri yazıb. Melenberq çərşənbə günü "Boeing"in bu ilin II rübü üçün hesabatının dərc edilməsindən sonra analitiklərin suallarını cavablandırıb. Şirkət rəhbəri 2020-ci ildə "737" seriyalı təyyarələrin aylıq istehsal həcminin hazırkı 42 ədəddən 57-ə qədər artırılmasının planlaşdırıldığını bildirib. Lakin "737 MAX" təyyarələrinin ABŞ-da istismarının bərpa olunmasının təxirə salınması istehsalın azalmasına gətirib çıxaracaq. "Biz ola bilsin ki, MAX-ın istehsalının müvəqqəti dayandırılması da daxil olmaqla, sürət və ya digər seçimləri azaldacağıq", - deyə qəzet Melenberqin sözlərini sitat gətirib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











