“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO

Azərbaycanda son illərdə biznesin inkişafı istiqamətində ən çox töhfə verən şirkətlərdən biri də məhz “Bolt”dur.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, sentyabr 17-si və 18-i tarixlərində keçirilən “Baku ID 2026” regionun startaplarını, investorlarını, biznes liderlərini və innovasiya ekosisteminin nümayəndələrini Bakıda bir araya gətirəcək. Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edən aparıcı innovasiya və startap investisiya platformalarından biri olan tədbirə bu il “Bolt for Business” tərəfdaş olaraq dəstək verir.
“2013-cü ildə “Bolt” Estoniyada startap kimi fəaliyyətə başlayıb və sonrakı illərdə qlobal mobillik platformasına çevrilib. Bu gün şirkət 50-dən çox ölkədə və 850-dən çox şəhərdə fəaliyyət göstərir, platformadan 200 milyondan çox müştəri və 4,5 milyondan çox sürücü, kuryer və biznes tərəfdaşı istifadə edir. Startap kimi yaranmış bir şirkət olaraq Bolt innovasiya və sahibkarlıq ekosisteminin inkişafını təşviq edən təşəbbüslərin əhəmiyyətini yaxşı anlayır. Buna görə də “Baku ID” kimi tədbirlərə dəstək vermək şirkət üçün bu ekosistemin inkişafına töhfə verməyin yollarından biridir. “Baku ID” innovasiya festivalının əvvəlki buraxılışları ümumilikdə 13 500-dən çox iştirakçını və 375-dən çox startapı bir araya gətirib. “Bolt for Business” tərəfdaşlıq çərçivəsində tədbir iştirakçılarına Baku ID-yə və tədbirdən geri səfərlərə 30% endirim təqdim edəcək. Bundan əlavə, tərəfdaş təşkilatın əməkdaşları üçün “Bolt for Business” balansı ayrılacaq. “Bolt for Business” şirkətlərə əməkdaşların, qonaqların və tərəfdaşların səfərlərini vahid platformadan idarə etməyə və nəqliyyat xərclərinə nəzarət etməyə imkan verir. “Baku ID” kimi genişmiqyaslı tədbirlərdə bu yanaşma iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim edir və tədbir məkanına gələn avtomobillərin sayının, eləcə də parklanma yükünün azalmasına töhfə verə bilər.
“Bolt for Business”in rəhbəri, Salman Babazadə bildirib ki, “Baku ID” biznes, startap və investisiya icmasını bir araya gətirən mühüm platformadır. Şirkət üçün burada iştirak etmək həm bu mühitə dəstək vermək, həm də tədbir iştirakçılarının gediş-gəlişini daha rahat etmək imkanıdır”.
Səfər
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













