Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO

Bakıda Böyükşor gölünün bir hissəsində suyun rənginin kəskin şəkildə dəyişməsi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkə hesabında görüntülər paylaşaraq məlumat verib.
Videoda gölün bir hissəsində suyun rənginin digər ərazilərdən fərqləndiyi, sahildəki daşların isə qeyri-adi və süni rəngə boyandığı görünür.
Paylaşım müəllifi rəng dəyişikliyinin gölə kimyəvi və ya digər qatqı maddələrinin atılması ilə bağlı ola biləcəyini ehtimal edib. Bildirilib ki, əgər belə bir hal təsdiqini taparsa, məsələ yalnız vizual çirklənmə ilə məhdudlaşmır və gölün ekosistemi üçün də təhlükə yarada bilər.
Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə Böyükşor gölünün sahil zolağının çirkləndirilməsini əks etdirən görüntülər araşdırılıb. Həmin ərazidə sənaye və kimyəvi tullantılarının gölə axıdılmasına dair səsləndirilən iddialar təsdiqini tapmayıb. Görüntülərdəki yaşıl maddənin algea olması və isti havanın təsiri ilə yaranması müəyyən olunub.
Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, görüntülər əsasında suyun rənginin dəyişməsinin konkret səbəbini müəyyənləşdirmək mümkün deyil. Bunun üçün aidiyyəti qurumlar tərəfindən su nümunələrinin götürülməsi və laborator müayinələrin aparılması tələb olunur.
Məsələnin səbəbi araşdırıldıqdan sonra suyun rənginin dəyişməsinə nəyin səbəb olduğu dəqiqləşə bilər.
Bildiririk ki, sözügedən məsələ hələ 14 avqust 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qeydə alınıb və həmin tarixdə ictimaiyyətə açıqlama verilib.
Aparılan müşahidə və laborator araşdırmaların nəticələrinə əsasən, Böyükşor gölündə müşahidə olunan yaşıl rəngin əsas səbəbi yosun və sianobakteriyaların intensiv inkişafı nəticəsində yaranan bioloji prosesdir.
Su temperaturu, intensiv günəş şüalanması və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu fotosintetik orqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Bu da su hövzəsinin ayrı-ayrı hissələrində yosun və sianobakteriyaların toplanmasına və yaşıl rəngli yığıntıların əmələ gəlməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriya tərəfindən göldən nümunələr götürülüb və müvafiq analizlər aparılıb. Araşdırmaların nəticələri müşahidə olunan yaşıl rəngin bioloji mənşəli olduğunu göstərib.
Qeyd edirik ki, sosial şəbəkələrdə hazırda yayılan görüntülər yeni yayılsa da, görüntülərdə əks olunan hadisə 14 avqust tarixində qeydə alınmış və artıq araşdırılmış həmin məsələdir.
İctimaiyyətdə çaşqınlıq yaranmaması üçün bildiririk ki, məsələ Xidmət tərəfindən nəzarətdə saxlanılır və zəruri hallarda müvafiq tədbirlər görüləcək.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












