"Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub - AYNA

Bakı və Abşeron ərazisində avtobusla sərnişindaşımada “brutto müqavilə” sisteminin cari il ərzində işə düşməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə "APA"ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri və daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydası təsdiq ediləndən sonra “brutto-müqavilə” sisteminin tətbiqinə başlanılacaq.
"Hazırda aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır", - deyə qurumdan məlumat verilib.
Xatırladaq ki, ötən il və bu ilin əvvəllərində Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi, eyni zamanda AYNA-nın rəsmi şəxsləri tərəfindən mediaya verilən açıqlamalarda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün, dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sisteminin tətbiq ediləcəyi bildirilib.
Qeyd edək ki, dünyada tətbiq edilən brutto müqavilə sistemi (gross cost contract) ictimai nəqliyyatda tətbiq olunan maliyyələşdirmə və idarəetmə modelidir. Bu modeldə daşıyıcı şirkətlər (avtobus operatorları) sərnişin sayına görə deyil, göstərdikləri xidmətin həcminə görə ödəniş alırlar. Yəni daşıyıcı göstərdiyi nəqliyyat xidmətini bu sahədə olan tənzimləyici quruma satır. Tənzimləyici qurum isə bütün gediş haqqlarını yiğır və bu vəsait yetərli deyilsə, onun üzərinə vəsait qoyub daşıyıcıya ödəyir. Bu ödəniş isə daşıyıcının qət etdiyi məsafəyə əsasən hesablanır. Beləliklə daşıyıcının sərnişinin ödədiyi haqqdan asılılığı olmur.
Bakı və Abşeronda da tətbiq ediləcək bu yeni maliyyələşmə qaydasına əsasən, tənzimləyici qurum marşrut xətti üzrə qət ediləcək məsafənin ümumi həcmini, bu həcmin icra olunması ilə bağlı kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edəcək və buna uyğun olaraq daşıyıcıya qanunvericiliklə müəyyən edilmiş xidmət haqqı ödəyəcək.
Xidməthaqqı müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərcləri və mənfəəti qarşılanmaqla hesablanacaq. Bir sözlə, tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi məsafəyə, yəni kilometrlərə görə ödəniş ediləcək.
Model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.
Bu yanaşmanın ictimai nəqliyyat xidmətinin keyfiyyətini, əlçatanlığını artıracağı, daşıyıcının risklərini azaldacağı bildirilir.
Belə ki, "brutto müqavilə" modeli daşıyıcıları yeni avtobus almağa maraqlı edir. Çünki köhnə avtobuslarla bu modelə qoşulmaq olmur. Bu sistemdə daşıyıcı üçün bütün marşrutlar maraqlı olur. Daşıcıya ödəniş məsafəyə görə edildiyi üçün sərnişin sayının az olması ona problem yaratmır. Eyni zamanda, daşıyıcıya xəttə az avtobus buraxmaq maraqlı olmur. Çünki o, sifariş edilən xidməti tam icra etməkdə maraqlıdır. Odur ki, daşıyıcı çox qazanmaq üçün xəttə daha çox avtobus buraxır. Bu isə sərnişin sıxlığının azalmasına səbəb olur.
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












