BŞBPİ: "Küçə ticarətinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür"

"Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə satış-yarmarkaların təşkili üçün rayonlarda müvafiq yerlər ayrılıb. Müasir standartlara uyğun və qapalı formada təşkil olunan satış-yarmarkalarında istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O qeyd edib ki, buna baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarında fəaliyyət göstərən bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar: "Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər. Polis satıcıları müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











