Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib. Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, Abşeron rayonu Çaylı kəndini Müşfiqabad qəsəbəsi ilə əlaqələndirən 510 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC; Bakı–Qax marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC; Bakı–Nabran marşrutları üzrə hüquqi şəxs "Uğurlu yol" MMC; Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC; Sumqayıt-Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu; Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs İbrahimov Nizami Abbasəli oğlu; Şəki-Mingəçevir marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu; Mingəçevir-Gəncə marşrutu üzrə fiziki şəxs Qaffarov Murad Abbas oğlu;
Lənkəran-Astara, Astara-Lənkəran, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur:
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











