Bu avtomobillərə dərhal yol verin! - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır. Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırır.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.
Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












