Bu ərazidə yol tamamilə sıradan çıxıb - Sürücülər TƏHLÜKƏDƏDİR - VİDEO

Hacıqabul rayonunda (“Muğan” restoranından başlayaraq) yolun asfalt örtüyü bərbad vəziyyətdədir.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, yolun sağ zolağı tamamilə istismara yararsız halda olduğu üçün sürücülər adətən solla getməli olur və bu halda cərimələnirlər. Sağ zolaqda hərəkətdə olan sürücülər isə hər an qəza şəraitiylə üzləşirlər və maşınlarına ciddi maddi ziyan dəyir. Xüsusilə hərəkət iştirakçıları sözügedən ərazidə ötmə əməliyyatını icra edən zaman təhlükə qarşısında qalırlar. Təlimçi “Muğan” restoranını keçəndən sonra təhlükəli döngə nişanının təsir zonasında dərin çökəkliyin mövcud olduğunu və diqqətli davrandığı üçün maşını aşırmaqdan son anda qurtulduğunu qeyd edib.
Ümid edirik ki, sürücülərin həyatını riskə atan bu yolla bağlı aidiyyəti qurum qısa zamanda lazımi tədbir görəcək.
Nərmin
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












