Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, toplantının gündəliyinə 28 məsələ daxildir. Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin əksəriyyəti 2-ci cə 3-cü oxunuşda müzakirəyə çıxarılacaq. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatacaq və deputatlar tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Xatırladaq ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










