Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz İB" Sumqayıt QİS-dən Avtosfer.az-a bildirilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.
Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












