Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR

Azərbaycanda təkcə sürücülər deyil, piyadalar da yol hərəkəti qaydalarını pozduqda inzibati məsuliyyət daşıyırlar.
Avtosfer.az xəbər verir ki, piyadaların yol hərəkəti təhlükəsizliyini pozan bir sıra hərəkətlərinə görə cərimələr nəzərdə tutulub.
Qanunvericiliyə əsasən, piyada svetoforunun qırmızı işığında yolu keçən, nizamlayıcının işarələrinə əməl etməyən, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan, həmçinin qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə hərəkət edən nəqliyyat vasitəsi yaxınlaşarkən yolu tərk etməyən piyadalar 20 manat məbləğində cərimə edilir.
Bundan başqa, hərəkət sürəti həddinin 80 km/saat və ya daha yüksək müəyyən edildiyi yollarda piyadaların yolu yalnız bunun üçün nəzərdə tutulmuş keçidlərdən keçməsinə icazə verilir. Belə yollarda müəyyən olunmuş piyada keçidindən kənar yolu keçən şəxslər 40 manat məbləğində cərimə olunur.
Qanunvericiliyə görə, 80 km/saat və daha yüksək sürət həddi tətbiq edilməyən yollarda da piyadaların müəyyən olunmamış yerdən yolu keçməsi inzibati məsuliyyət yaradır. Bu halda isə 20 manat məbləğində cərimə tətbiq edilir.
Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən, piyadalar üçün nəzərdə tutulan cərimələr qayda pozuntusunun növündən asılı olaraq 20 və ya 40 manat təşkil edir. Bu tələblər həm piyadaların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












