Bu keçidlərin tikintisi 2 ildir yarımçıq saxlanılıb - VİDEO

Radioaparıcı Tural Yusifov özünün sosial şəbəkə hesabında Bakının Hövsan yolunda tikilən və yarımçıq qalan yerüstü keçidləri çəkərək tənqid etdiyi videogörüntü paylaşıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, T.Yusifov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 ildir işləri yarımçıq saxlayıb və həmin qəsəbənin sakinləri keçiddən istifadə edə bilmirlər. Aparıcı eyni zamanda, keçidlərdə əlillər, uşaq arabaları üçün hərəkətin nəzərə alınmadığını qeyd edib.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, yerüstü keçidlər həmin yolla birgə quraşdırılır və təmir edilir: “Həmin yol üçün 2015-ci ildə ilkin maliyyə ayrılıb və 2018-ci ilədək işlər görülüb. Daha sonra büdcədən vəsait ayrılmadığı üçün 2018-ci ildə tikinti-təmir işləri dayandırılıb. Bu il üçün də vəsait ayrılmayıb, növbəti ildə bu layihəyə büdcədən maliyyə ayrılması üçün israrla təklif irəli sürəcəyik”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











