Bu mənzillər ucuzlaşa BİLƏR

Dəniz mənzərəli mənzillərə yüksək maraq bəzi hallarda alıcılar üçün maliyyə riskinə çevrilir. Avtosfer.az milli.az-a istinadla xəbər verir ki, dənizə açılan mənzərəsi olan mənzillər adi mənzillərlə müqayisədə daha baha satılır. Ancaq sonradan həmin ərazidə yeni bina inşa edilərsə və mənzərə bağlanarsa, mənzilin bazar dəyərində ciddi azalma baş verə bilər.
Bəs vətəndaşlar bu hallarda nəyə diqqət etməlidirlər?
Əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, bəzi ərazilərdə belə risk daha çoxdur və bu, həm ərazinin relyefi, həm də tikilən binaların mərtəbə sayı ilə bağlıdır.
"Xüsusilə sahilə yaxın və intensiv tikinti aparılan ərazilərdə dəniz mənzərəsinin gələcəkdə bağlanması riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, alıcılar mənzil seçərkən təkcə mövcud mənzərəyə deyil, həmin ərazi üzrə gələcək tikinti planlarına da diqqət yetirməlidirlər".
Ekspert bildirib ki, bəzi hallarda vətəndaşlar yüksək məbləğ ödəyərək dəniz mənzərəli ev alırlar, lakin bir neçə il sonra yaxınlıqda inşa olunan hündürmərtəbəli bina həmin görüntünü tamamilə bağlayır və nəticədə mənzilin bazar qiyməti aşağı düşür.
Vəkil Tural Şahbazov isə deyib ki, məsələ hüquqi baxımdan əsasən müqavilə ilə tənzimlənir.
Onun sözlərinə görə, əgər alqı-satqı sənədində "dəniz mənzərəsi" ayrıca qeyd olunubsa, gələcəkdə həmin üstünlük aradan qalxdıqda alıcı məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.
Mütəxəssislər vətəndaşlara mənzərə üçün əlavə ödəniş etdikləri halda bunun müqavilədə xüsusi bənd kimi göstərilməsini tövsiyə edirlər.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











