Bu ölkədə kondisionerdən çox istifadə edən sürücülər CƏRİMƏLƏNİR

Havaların isinməsi ilə əlaqədar bir çox sürücü rahatlıq üçün kondisionerdən istifadə edir.
Azərbaycanda sürücünün kondisionerdən necə istifadə etməsi qanunla tənzimlənmir. Amma bütün ölkələr belə deyil.
Avtosfer.az xəbər verir ki, Avropa ölkələrində park edilmiş avtomobilin mühərrikinin boş yerə işlədilməsi qayda pozuntusu sayılır və cərimələnir. Cərimə məbləği ölkəyə görə 70-150 avro arası dəyişir.
Eyni qayda Avropa İttifaqına üzv olan İtaliyada da mövcuddur. Lakin İtaliya hökuməti bu yaxınlarda Yol Məcəlləsinə dəyişiklik edib. Qanunun 157-ci maddəsi dayanmış avtomobildə kondisionerdən istifadəni qadağan edir. Bu qadağa qısa müddətə dayanan avtomobillərə, həmçinin ticarət mərkəzlərinə mal verən maşınlara da şamil edilir.
Qanun rəsmi şəkildə elan edildikdə əksəriyyət bunu qeyri-ciddi hesab etdi. Lakin son 2 həftədə polis nəzarəti gücləndirib. Qaydanı pozanları 223 avro cərimə gözləyir. Ödəniş gecikdikdə cərimə 444 avroya qalxa bilir.
Hökumət bu addımı ətraf mühit məsələləri ilə əsaslandırır. Bildirilir ki, dayanmış avtomobildə kondisionerin işləməsi həm havanı çirkləndirir, həm də əlavə səs-küy mənbəyidir.
Vüqar Yaşaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












