Bu qayda moped sürücülərinə aid olmayacaq

Mopedlərlə bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Mədəniyyət komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Təklifə əsasən, velosiped, asma mühərrikli velosiped və oxşar texniki xüsusiyyətləri olan digər nəqliyyat vasitələrinin (mopedlər istisna edilməklə) sürücüləri aşağıdakı hallarda yol hərəkəti qaydalarını pozduqda 40 manat məbləğində cərimələnəcəklər:
svetoforun və ya nizamlayıcının göstərişlərinə əməl etmədikdə;
sərnişin və ya idarəetməyə mane olan yük daşıdıqda;
yol nişanlarının və nişanlanma tələblərinin pozulmasına yol verdikdə;
sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən düzgün istifadə etmədikdə;
texniki cəhətdən nasaz velosipeddən istifadə etdikdə;
piyadaların hərəkətinə mane olduqda;
keçid üstünlüyü olan nəqliyyat vasitələrinə yol vermədikdə.
Hazırda qüvvədə olan qanunvericilikdə bu qaydalar moped sürücülərinə də tətbiq olunurdu, lakin yeni layihə ilə onlara aidiyyət aradan qaldırılır.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












