Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər

Azərbaycanda quru sərhədlərin açılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İctimaiyyət arasında sərhədlərin mərhələli və ya məhdud sayda şəxslər üçün açılması kimi variantlar da gündəmə gətirilir.
Bəs belə bir modelin tətbiqi mümkündürmü və bu, hansı nəticələrə səbəb ola bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hazırda quru sərhədlərdən istifadə ilə bağlı müəyyən istisnalar mövcuddur.
Onun sözlərinə görə, xəstəlik səbəbilə xaricə müalicəyə gedən və hava nəqliyyatından istifadə edə bilməyən şəxslər üçün xüsusi icazələr tətbiq edilir:
“Bu kimi hallar Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş siyahıya əsasən tənzimlənir. Vətəndaşlar müvafiq arayışlar toplayaraq icazə üçün müraciət etməlidirlər. Lakin bu proses kifayət qədər ağır və mürəkkəbdir. Quru sərhədlərin yalnız məhdud sayda insan üçün açılması ideyası anlaşılan deyil və əlavə problemlər yarada bilər”.
Partiya sədri ümumilikdə quru sərhədlərin tam açilmasinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, yay mövsümünün yaxınlaşması ilə vətəndaşların xaricə səyahəti üçün quru sərhədlər daha əlverişli imkan yaradır:
“İnsanlar hazırda müəyyən çətinliklərlə üzləşir. Quru sərhədlər vasitəsilə səyahət həm daha rahat, həm də daha ucuz başa gəlir. Eyni zamanda, turistlərin, xüsusilə Rusiyadan gələnlərin Azərbaycana axını da məhz quru sərhədlər vasitəsilə daha sərfəli olur. Bu isə ölkə iqtisadiyyatı üçün əlavə gəlir deməkdir”, – ekspert bildirib.
Tural Abbaslı onu da qeyd edib ki, quru sərhədlərin bağlı qalmasının səbəbləri ictimaiyyətə açıq şəkildə izah edilmir. O, bildirib ki, dünyada müxtəlif münaqişələrin baş verdiyi dövrlərdə belə bir çox ölkələr sərhədlərini tam bağlamayıb:
“Məhdud sayda şəxslərə icazə verilməsindənsə, quru sərhədlərin tam açılması daha məqsədəuyğundur”, – deyə o vurğulayıb.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












