Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI

Azərbaycanda bir sıra şəxslərə kommunal ödənişlərdə və nəqliyyatda gedişhaqqına görə güzəştlər tətbiq edilir. Bu, müvafiq qanunvericilklə tənzimlənir.
Avtosfer.az xəbər verir ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunmasına dair Prezidentin Fərmanı mövcuddur.
Belə ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara - 26 manat,
Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat,
həlak olmuş döyüşçülərin dul arvadlarına - 18 manat,
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə - 12 manat,
Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına - 12 manat,
Çernobıl qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə (həqiqi hərbi xidmət dövründə Çernobıl qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla), orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara - 6 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinət verilir. /Bizim.Media
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












