Bu yolda sürücülər təhlükə ilə üz-üzə qalırlar - VİDEO

Bir ildən çoxdur ki tamamlanmayan və istifadə də olan yolda sürücülər təhlükə ilə üz-üzə qalıblar. Bakı-Sumqayıt yolundan Abşeron rayonu Saray eləcədə Novxanı və Masazır qəsəbələri istiqamətinə çəkilən və tam istifadəyə verilməyən yoldan minlərlə sürücü istifadə edir. Ancaq yola asfalt örtüyünün vurulmasına baxmayaraq bu yolda işıq dirəkləri quraşdırılmayıb. Bu isə yoldan istifadə edən sürücülərə axşam saatlarında təhlükə yaradır.
Yolda yaşayış məntəqələrinin olması və piyadaların yoldan istifadə etməsi onların da həyatını təhlükəyə atır. Çünki axşam vaxtlarında yolda hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri yolun qaranlıq olması səbəbindən ön tərəfi tam görə bilmir. Sürücülərin sözlərinə görə, elə bu səbəbdən də ərazidə bir neçə dəfə yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən ''xəzər xəbər''ə bildirildi ki, Metronun 20 yanvar stanasiyadından,Masazır qəsəbəsi və Binəqədi rayonu istiqamətində sıxlıq yaranmasın deyə Saray qəsəbəsi istiqamqətində tikilməkdə olan bu yol müvəqqəti olaraq sürücülərin ixtiyarına verilib.Yəni,yolda tamamlanma işləri aparılmayıb.Buna səbəb isə maliyə vəsaitinin ayrılmamasıdır. Agentliyə maliyyə vəsaiti ayrıldıqdan sonra yolda tamamlanma işləri aparılacaq və yola işıq dirəkləri qoyulacaq.
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA











