Bulvardan “Əhmədli”yə qayıq maşrutu ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI

Bakı Bulvarından “Əhmədli”yə qayıq marşrutunun yaradılması məsələsi gündəmdədir. Artıq 10 ilə yaxın müddətdir müzakirə olunan mövzu ilə bağlı ekspertlər də bir neçə dəfə təkliflərini irəli sürüb.
Avtosfer.az xəbər verir ki, Bakı bulvarından “Əhmədli”yə qayıq marşrutunun təşkil olunması texniki baxımdan mümkün hesab edilir. Hazırda Bakı bulvarında uzun illərdir fəaliyyət göstərən gəzinti qayıqları müxtəlif marşrutlar üzrə hərəkət edir. Bununla belə, belə bir marşrutun ictimai nəqliyyat funksiyasını yerinə yetirməsi müəyyən çətinliklər yarada bilər. Layihənin iqtisadi baxımdan səmərəli olmaması əsas maneələrdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, texniki cəhətdən belə bir marşrut mümkün ola bilər. Çünki artıq uzun illərdir ki, Bakı bulvarında gəzinti qayıqları var və konkret marşrut üzrə hərəkət edir:
"Amma birbaşa Bakı bulvarından “Əhmədli”yə qayığın təşkil olunması və bu qayığın ictimai nəqliyyat funksiyasını yerinə yetirməsi bir qədər çətin ola bilər, çünki rentabelli olması gözlənilən deyil. Gəzinti qayığı elə təşkil olunur ki, o, konkret mövsümlə əlaqəli çalışır və sutkanın müəyyən saatlarında olur və yaxud da ki, olmur. Amma bu, artıq ictimai nəqliyyat kimi fəaliyyət göstərəcəksə, o, gündəlik olaraq, konkret qrafik üzrə hərəkət etməlidir. Bakı buxtasında da bunu həyata keçirmək bir qədər çətin olacaq".
Fatimə Dadaşova
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












