“Bunu bütün küçə və prospektlərdə yaratmaq mümkün deyil”

Artıq paytaxtımızın bəzi küçələrində avtobuslar üçün çəkilən sarı zolaqlı xəttləri görmüşük. Avtobus sürücüləri günün pik saatlarında həmin yoldan istifadə etməklə intervalla, vaxtında hərəkət edirlər. Amma bu yoldan istifadə edən bəzi sürücülər də var. Bəs həmin sürücülər üçün hansısa cərimə tətbiq edilirmi?
“Bakının infrastrukturu elə qurulub ki, bütün küçə və prospektlərdə bunu yaratmaq mümkün deyil”

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azadinform-un suallarını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb. Bakıda avtobus zolaqlarının yaradılmasının yeni bir ideya olduğunu qeyd edən ekspert bildirib ki, əvvəllər belə bir sistem olamyıb: “Dünyanın bir çox ölkələrində bu tətbiq edilib və yaxşı nəticə verib. Buna görə də Bakıda bəzi küçələrdə artıq bu tətbiq olunub. Məsələn, Yusif Səfərov küçəsində, Füzuli meydanı ətrafında, Babək prospektində bunu görmək olar. Lakin hələlik bu zolağa daxil olmaya görə cərimə tətbiq edilmədiyi üçün bəzi sürücülər də bundan sui-istifadə edir, oraya daxil olurlar. Əslində bu yolların yaradılması yaxşı haldı. Amma Bakının infrastrukturu elə qurulub ki, bütün küçə və prospektlərdə bunu yaratmaq mümkün deyil. Bir hərəkət hissəsindən ibarət olan, birzolaqlı, darısqal küçələrimiz var. Üstəlik orada dayanma-durma imkanları məhduddur. Əgər dayanma-durma üçün icazə verilibsə orada maşınlar ola bilər. Ölkəmizə yeni iritutumlu avtobuslar gətirilir, bu avtobusların həmin küçələrdə, yollarda sərbəst hərəkəti çətindir”.
“Manatlıq taksi”lərin ümidinə qalmazlar”
Ekspertə görə, avtobus zolaqlarını bütün küçə və prospektlərdə yaratmaq biraz ağır başa gələcək: “Amma gələcəkdə məsələn, Xırdalan dairəsindəki hərəkəti normal tənzimləsələr həmin yolda, sağda avtobus zolağı yaratmaq olar. Xırdalan, Sulutəpə, Masazır kimi qəsəbələrə insanlar rahat gəlib-gedə bilərlər. Yəni bunun nəticəsində də avtobuslar normal intervalla işləyə bilərlər. “Manatlıq taksi”lərin ümidinə qalmazlar. Amma Bakının küçə və prospektlərində bunu yaratmaq çətindir. Bu kimi halların qarşısını almağı Bakı Şəhər Dövlət Yol Polisi həyəta keçirə bilər. Çünki bu kameralar vasitəsi ilə idarə olunan xətalardır. Yollara kameraları quraşdırmaqla həmin xətaların qarşsını almaq mümkündür. Amma yaxşı haldır ki, sürücülərimizin çoxu bunu başa düşür, həmin yola daxil olan elə də çox olmur. Hətta sıx vaxtlarda belə müşahidələr aparıram. Görürəm ki, yol polis əməkdaşı özü işarə verdikdən sonra sürücülər həmin zolaqdan istifadə edirlər”.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










