Cavid Qurbanov gənc kadrları stansiyalarda işlə təmin etdi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib. Avtosfer.az xəbər verir ki, layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəçi seçilib. İştirakçılar “Azərbaycan Dəmir Yolları” QSC – nin Biləcəri Çeşidləmə stansiyasında “ADY SMART” əməliyyat sisteminin öyrənilməsi üzrə təlimlərə cəlb olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həmin gənclərlə görüşüb. Onların təcrübə müddətində əldə etdikləri bilgilər, gələcək planları və sosial vəziyyətləri ilə maraqlanıb. Cavid Qurbanov dəmiryolçu olmaq istəyən gənclərə uğurlar arzulayıb.
Beləliklə, təlimlərdə müsbət nəticə göstərən gənc kadrlar yaşadıqları bölgələrdəki dəmir yolu stansiyalarında müvafiq işlə təmin olunublar. 2 nəfər Yalama, 2 nəfər Xudat, 3 nəfər isə Xaçmaz stansiyasında işə götürülüb. "Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə də gənc kadrların dəmir yolunda işə cəlb edilməsi istiqamətində sosial yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.
Fidan
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO















