Cavid Qurbanov: "Üç il ərzində 1500-2000 kilometr dəmir yolu təmir olunacaq"

“Ötən il də daxil olmaqla son 3 ildə 875 kilometr dəmir yolu təmir edilib”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Bakıdan Böyük Kəsiyə qədər və əks istiqamətdə 1100 km yol da tam təmir edilərək başa çatdırılıb. “Bu il bir neçə tender keçiriləcək. Yəqin ki, cari ilin sonu və gələn ilin əvvəlindən Rusiya sərhədlərinə qədər olan dəmir yolunun təmirinə başlayacağıq. Bundan başqa, Qəbələyə gedən dəmir yolu təmir olunur. Ümumilikdə növbəti 3 il ərzində 1500-2000 kilometr əlavə dəmir yolu təmir olunacaq və bu yollarda qatarların sürəti artırılacaq”, - deyə C.Qurbanov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda mövcud dəmir yolunun uzunluğu 4 000 km-dir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











