Cəbrayılda sürücülərə alternativ yol çəkilib; salamat yeri yoxdur - Hamı narazıdır - VİDEO

Artıq 5 ildən çox müddətdir ki, Azərbaycanın işğal altında olan torpaqları şəhidlərin, qazilərin canı-qanı hesabına Ali Baş Komandanın rəhbərliyi altında azad edilib. Ölkə başçısı cənab Prezident İlham Əliyevin müharibədən sonrakı tapşırıqları əsasında azad olunan ərazilərə yeni ruh verilməsi, infrastrukturun yüksəldilməsi istiqamətində bir sıra işlər görülüb. Bu gün azad olunmuş bir sıra şəhər və kəndlərə rahatlıqla getmək mümkündür. Cəbrayıl rayonunda da yeni kəndlər salınır, evlər tikilir. Bu fonda hansısa qurumun, şirkətin özbaşınalığını görmək təəssüfləndirici məqamdır.
Avtosfer.az xəbər verir ki, Cəbrayıl rayonu Soltanlı kəndinin yaxınlığından keçərək yeni salınan digər kəndləri birləşdirən yolun vəziyyəti sürücüləri narahat edir. Yeni salınan yolla yanaşı sürücülərə təklif edilən alternativ yolda elə hal yaranıb ki, hansısa sürücü öz avtomobilini bu əraziyə salmaq istəmir.
Yoldakı vəziyyət bir sıra avtomobil idarəçilərinin sosial şəbəkələrdə narazılıqlarını dilə gətirmələri ilə nəticələnib. Sürücülər bildirir ki, azad olunmuş yurd-yuvasına getmək üçün istifadə etdikləri bu yol avtomobillərdə nasazlıq yaradır. Bir neçə sürücü maşında yaranan problemə görə hətta avtomobili kənarda saxlayıb uzun müddət gözləməli də olub.
Yol infrastrukturunu həyata keçirən şirkət qeyd edilən hissəni dəmir yol xəttinə paralel salmaqla guya sürücülərə alternativ yol təklif etmiş olub. Amma şirkətin bu təklifi sürücülərə baha başa gəlir.
Onu da qeyd edək ki, Soltanlı kəndi yaxınlığından dəmir yoluna paralel keçən bu yol Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcərə gedən vətəndaşların da vaxtaşırı istifadə etdiyi yoldur. Bu baxımdan, sürücülər yaranan problemin aidiyyəti qurumlar tərəfindən həllini tələb edir.
Səfər
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












