Cəlilabad rayon sakinindən narkotik və odlu silah götürülüb

Əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, hazırda Cəlilabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur.
Bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilmişdir.
Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilmiş, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülmüşdür.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunmuşdur.
Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirmiş, oradan “Kalaşnikov” markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilərək götürülmüşdür.
Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus “VAZ-2109” markalı avtomobili zorla alması da müəyyən edilmişdir.
Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır.
T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











