Cəlilabadda 38 baş mal-qara oğruları tutulub - FOTO

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə mal-qara oğurluqları törədən dəstə üzvləri saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, rayonun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edib ki, onn məxsus 6 baş camışın kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar Rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.
Əraflarında keçirilən əlavə əməliyyat tədbirləri zamanı onların müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camış, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14000 manat olan 5 baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus 9 baş iribuynuzlu heyvanı və İbadət Nuriyevin 7 baş inəyini oğurladıqları da məlum olub.
Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO















