Cəlilabadda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb

Cəlilabadda ötən gün baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Dələli kəndində 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, ötən gün rayonun Dələli kəndi ərazisində "Mercedes" markalı minik avtomobili aşıb. Nəticədə Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Şikar Əli oğlu Dadaşov və sərnişinlər - 1961-ci il təvəllüdlü Xatirə Əyyub qızı Dadaşova, 1984-cü il təvəllüdlü Xəyalə Şikar qızı Dadaşova və 2006-ci il təvəllüdlü Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildəki sərnişinlərdən 1980-ci il təvəllüdlü Emin İntiqam oğlu Əlibəyli isə dünyasını dəyişib.
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












