Cərimələnən avtobus sürücüsü sərnişinləri düşürüb xətdən çıxdı - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib. Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürücüsünə protokol tərtib ediblər. Bu zaman avtobusun sürücüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz.
Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











