Çevik iş vaxtı rejimi Bakı küçələrində sıxlıqı azalda bilər? – ƏRŞAD HÜSEYNOV

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, yeni yanaşma işçilərə müəyyən saat aralığında işə başlamaq və işi bitirmək imkanı yaradacaq. Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması planlaşdırılır. Bu modelin tətbiqi iş vaxtının daha səmərəli təşkili, əmək məhsuldarlığının artırılması və işçilərin şəxsi həyatla peşə fəaliyyəti arasında daha sağlam balans qurmasına xidmət edəcək.
Mövzu ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, çevik iş rejimi o deməkdir ki, işçilər hər gün işə eyni saatda gəlib-getmək məcburiyyətində olmurlar:
.jpg)
"Onlara müəyyən vaxt aralığı təqdim edilir və həmin interval daxilində işə başlaya və işi bitirə bilirlər. Məsələn, işçi saat 08:00–10:00 arasında istənilən vaxt işə gələ, axşam isə 17:00–19:00 arasında işdən çıxa bilər. Əsas şərt odur ki, gün ərzində və ya həftəlik müəyyən edilmiş iş saatı (məsələn, 40 saat) tam yerinə yetirilsin. Bu yanaşma insanların gündəlik səfərlərini daha rahat planlaşdırmasına kömək edir. Lakin Bakı şəhərində ümumi mobilliyə və nəqliyyat sıxlığına təsirinin çox böyük olacağı gözlənilmir. Bunun bir neçə səbəbi var. Əvvəla, çevik iş rejimini bütün müəssisələrdə və bütün vəzifələr üzrə tətbiq etmək mümkün deyil. Bu model əsasən müəyyən sahələrdə və bəzi vəzifələrdə istifadə oluna bilər. İkincisi, Bakı və Abşeronda belə iş rejimini tətbiq edə biləcək müəssisələrin sayı məhduddur. Bəzi ofis və şirkətlərdə işçilərə saat 08:00–10:00 arasında işə başlamaq, iş vaxtını tamamladıqdan sonra isə uyğun saatda işdən çıxmaq imkanı yaradılır. Ancaq bu yanaşma bütün müəssisələr üçün uyğun deyil. Üçüncüsü, Bakı və Abşeronda on minlərlə işçisi olan iri müəssisələrin sayı çox deyil. Belə müəssisələrin əksəriyyətində isə istehsal və ya xidmət prosesinin xüsusiyyətlərinə görə çevik iş rejimini geniş şəkildə tətbiq etmək çətin olur".
Hüquqşünas qeyd edib ki, bu səbəbdən çevik iş rejiminin tətbiqi mobilliyə müəyyən qədər müsbət təsir göstərə bilər, lakin şəhərdə nəqliyyat sıxlığını nəzərəçarpacaq dərəcədə azaltması gözlənilmir:
"Çevik iş rejiminin əsas üstünlüklərindən biri ictimai nəqliyyatdan istifadəyə təsir etməsidir. İnsanlar səfərlərini metronun və avtobusların ən sıx olduğu saatlara deyil, özləri üçün daha münasib vaxtlara planlaşdıra bilirlər. Şəxsi avtomobildən istifadə edənlər də eyni qaydada daha rahat hərəkət saatını seçərək yollardakı pik saatlardan yayınmağa çalışırlar. Bu yanaşma Azərbaycanda artıq müəyyən müəssisələrdə rəsmi və ya qeyri-rəsmi şəkildə tətbiq olunur. Buna görə də onun qanunvericilik səviyyəsində daha geniş tətbiqi ümumi mobillikdə və nəqliyyat sistemində ciddi dəyişiklik yaratmaya bilər. Bəzi istiqamətlərdə, xüsusilə ictimai nəqliyyatda və küçə-yol şəbəkəsində sıxlığın qismən azalmasına müsbət təsir göstərə bilər".
Fatimə
Sumqayıtda nasaz avtobus sərnişinləri yolda qoydu – VİDEO
Bakıda bu küçənin bir hissəsi təmirə bağlanır - Sürücülərin nəzərinə!
Sumqayıtın 16 il ərzində dəyişən küçələri – Səki zəbti, artırılan teraslar, pozulan qaydalar - FOTO
Bakıda keçirilən gizli görüşlə bağlı Prezidentdən açıqlama - DSX-dən məlumat istənildi
Azərbaycanın beynəlxalq yükdaşıma sahəsində gəlirləri 3-5 dəfə arta bilər - İQTİSADÇI
Motosikletlə təcili tibbi yardım xidməti necə təşkil edilməlidir? – ELMƏDDİN MURADLI
Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsul həcmi niyə artıb? - İQTİSADÇI
Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib - FOTO
Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır - DİN və MEDİA-dan xəbərdarlıq
Gömrük rüsumları ilə bağlı dəyişiklik: Siyahıya yeni qrup əlavə edildi










