"Çexiya Orta Dəhlizlə bağlı təşəbbüslərdə iştirak etmək üçün maksimum səy göstərəcək" - David Müller

Çexiyanın Sənaye və Ticarət Nazirliyi Orta Dəhliz çərçivəsində təşəbbüslərin həyata keçirilməsi üçün maksimum səy göstərəcək.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində nazirliyin Avropa İttifaqı (Aİ) və Xarici Ticarət Bölməsinin baş direktoru, nazir müavini David Müller bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin uğurla və vaxtında tamamlanması mövcud geosiyasi vəziyyətdə böyük əhəmiyyət kəsb edir, çünki bu, əlaqələrimizin gələcək inkişafına və iqtisadi əməkdaşlığın dərinləşməsinə kömək edəcək.
"Artıq qeyd edildiyi kimi, bu, ən perspektivli sahələrdən biridir və mən cari təşəbbüslərdə iştirak etmək üçün həmkarlarımla birgə səy göstərəcəyəm. Çexiya şirkətləri artıq Azərbaycanda böyük layihələrdə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində iştirak edib və biz bu əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik. Bununla əlaqədar qeyd etmək istərdim ki, Çexiya öz şirkətlərinin digər məsələlərlə yanaşı, bu mövzuya xüsusi diqqətin yetirildiyi Aİ-nin "Global Gateway" təşəbbüsündə iştirakına dəstək verməyə hazırdır", - nazir müavini vurğulayıb.
Çexiyanın Zəngəzur dəhlizinə marağına gəlincə, nazir müavini qeyd edib ki, onun ölkəsi iqtisadi əlaqələri möhkəmləndirə, Orta Dəhlizin potensialını reallaşdırmağa kömək edə və bütün regionda əməkdaşlığa töhfə verə biləcək bütün təşəbbüsləri dəstəkləyir.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












