Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir - FOTOLAR

Çexiyanın "ŠKODA Group" şirkəti "Bakı Metropoliteni" QSC-yə istehsal etdiyi vaqonları satmaq niyyətindədir.
Avtosfer.az "Bakı Metropoliteni"nə istinadən xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə Çexiyanın aparıcı relsli nəqliyyat istehsalçılarından biri "ŠKODA Group"un Müşahidə Şurasının sədri və baş icraçı direktoru Petr Novotnının rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirələr aparılıb.
Görüşdə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek də iştirak edib.
Bildirilib ki, müzakirələr zamanı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr, həmçinin aşağı istismar xərcləri ilə seçilən 300-dək yeni vaqonun alınması məsələləri diqqət mərkəzində olub.
P. Novotnı "ŠKODA Group"un müxtəlif ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri, tətbiq etdiyi qabaqcıl texnoloji həllər və toplanmış əməliyyat təcrübəsi barədə məlumat verərək, bu imkanların Bakı Metropoliteni ilə mümkün gələcək əməkdaşlıq çərçivəsində paylaşılmasına maraqlı olduqlarını bildirib.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO















