“ChatGPT” kütləvi qırğın silahı hazırlamağın yollarını öyrədir

Süni intellektdən hansısa işdə köməklə yanaşı, pis niyyətlə də istifadə edənlər tapılır. Azərbaycanda əsasən gənclərin gündəlik istifadə etdiyi “ChatGPT” platformasının hətta kütləvi qırğın silahı hazırlamağın yollarını öyrətdiyi də məlum olub.
Avtosfer.az xəbər verir ki, “The Wall Street Journal”ın əməkdaşları “ChatGPT” ilə söhbətləşərək ondan bakterioloji və bioloji silah hazırlamağın üsullarını öyrəniblər. Proqram təhlükəli virusları aerozol formaya çevirmək, yaxud vaksinədavamlı infeksiyalar hazırlamaq barədə detallı məlumat verib (xəbərdə konkret xəstəliklərin adı göstərilsə də, biz yazmırıq – müəl.).
Bioloqlar və təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, süni intellektin bu sahədə bir çox təlimatı “qorxunc dərəcədə dəqiqdir”. Bəzi tövsiyələr o qədər sadədir ki, biologiya fənnini yaxşı oxuyan məktəbli də belə silahı primitiv şəkildə hazırlaya bilər.
Məsələ ictimailəşdikdən sonra “Open AI” hesabı bloklayıb, lakin ABŞ hökumətinə məlumat verməyib. Qanunvericilik proqram təminatçıları qarşısında təhlükəli yazışmalarla bağlı xüsusi xidmət orqanlarına məlumat vermək öhdəliyi qoymur.
Vüqar
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












